01:31 28 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4210

ABŞ-ın "Space Shuttle" proqramı 2011-ci ildə bağlandıqdan sonra Beynəlxalq Kosmik Stansiyaya kosmonavtları Rusiya göndərir

BAKI, 16 noyabr — Sputnik. Amerika kosmonavtlarını kosmosa göndərmək üçün Rusiyaya 4 milyard dollar ödəyib.

Sputnik Türkiyə xəbər verir ki, NASA-nın məlumatına görə, kosmonavtların Rusiya kosmik gəmisi "Soyuz" ilə Beynəlxalq Kosmik Stansiyaya gedə bilməsi üçün 4 milyard dollar pul xərclənib.

NASA baş müfəttişi Paul Martinin hazırladığı hesabatda deyilir ki, "2019-cu ilin iyun ayında NASA Amerika və partnyor kosmonavtların stansiyaya gedib-qayıtması üçün "Soyuz" kosmik gəmisində dəyəri 3,9 milyard dollar olan 70 yer satın alıb".

Beynəlxalq Kosmik Stansiyanın fəaliyyətdə olduğu 20 il ərzində Rusiyanın "Soyuz" və ABŞ-ın "Space Shuttle" kosmik gəmiləri ilə 85 nəfərlik uçuş reallaşdırılıb. Və stansiyaya bu günə qədər 239 kosmonavt gedib.

ABŞ-ın "Space Shuttle" proqramı 2011-ci ildə bağlandıqdan sonra Beynəlxalq Kosmik Stansiyaya kosmonavtları Rusiya göndərir.

Əlaqədar

Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı
Bəlkə də tək deyilik – Yeni qalaktika aşkarlanıb
Yeni aylar üçün ad axtarırlar
Böyük Britaniya Marsa görə Rusiyaya qarşı sanksiyaları zəiflətdi
İran da kosmosa çıxmaq istəyir

Əsas mövzular