Boliviyada milli televiziya və radio etirazçıların əlinə keçdi

CC0 / StockSnap / PeopleKütlə, arxiv şəkli
Kütlə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkədə etiraz aksiyaları oktyabrın 20-də başlayıb və hələ də davam edir. Santa-Krus, Sukra və Koçabambada artıq polislər də etirazçılara qoşulublar

BAKI, 10 noyabr — Sputnik. Boliviyada müxalifət tərəfdarları "Patria Nueva" (RPN) dövlət radiostansiyası və "Bolivia TV" (BTV) milli telekanalını ələ keçirərək ölkədə baş verən etiraz aksiyalarının yayımını dayandırıblar.

Sputnik Azərbaycan bildirir ki, bunu RİA-Novosti-yə  "Patria Nueva"nın direktoru İvan Maldonado deyib.

"Bizim studiyalarımızı əhatəyə alan etirazçılar bizi iki saat saxladılar. Onlar bizi jurnalist fəaliyyətimizi dayandırmasaq, bütün avadanlığı məhv edəcəkləri ilə hədələdilər", - Maldonado bildirib.

Maldonado hər iki dövlət KİV-nin yayım apardığı binanı tərk etməli olub.

Boliviyanın Prezidenti Evo Morales bu hücumu "Twitter"də qınayıb və bildirib ki, etirazçılar "diktator rejimləri kimi" davranırlar.

Bu ölkədə etiraz aksiyaları oktyabrın 20-də başlayıb və hələ də davam edir. Santa-Krus, Sukra və Koçabambada artıq polislər də etirazçılara qoşulublar.

​Buna rəğmən polis rəhbərliyi iddia edir ki, hüquq-mühafizə orqanlarının işçiləri qiyam qaldırmayıblar, hökumət isə adıçəkilən şəhərlərə qoşun yeritməyəcəyini söz verib.

Qarışıqlığa səbəb isə prezident seçkilərində elan edilən nəticələr olub. Boliviyanın Ali Seçki Məhkəməsinin məlumatına görə, elə ilk turda Morales qalib gəlib, onun rəqibi Karlos Mesa nəticələri tanımayıb. Morales hesab edir ki, kütləvi etirazların arxasında onun yenidən seçilməsindən narazı olan insanlar dayanır.

​19 gün davam edən aksiyalarda 380-dən çox insanın xəsarət aldığı bildirilir. "Pagina Siete" nəşri yerli ombudsmana istinadən xəbər yayıb ki, oktyabrın 21-dən noyabrın 8-dək Boliviyanın müxtəlif şəhərlərində 383 adam - 325 kişi və 58 qadın - yaralanıb. Həmçinin bildirilir ki, polis aksiyalar başlayandan 195 nəfəri həbs edib.

Xəbər lenti
0