Toyuq dönəri ağuya döndü: 67 tələbə zəhərləndi

© Sputnik / Murad OrujovПриготовление донера в Баку
Приготовление донера в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tələbələrin bəzisi həkimə özləri getsə də, bəziləri ancaq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıblar

BAKI, 3 noyabr – Sputnik. Türkiyənin Afyonkarahisar vilayətində dönərdən zəhərlənməsi şübhəsi ilə 67 nəfər xəstəxanaya yerləşdirilib.

Dönər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyindən dönər xəbərdarlığı

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, onlar hamısı yerli universitetin tələbəsidir. Hadisə dünən axşam tələbələrin yaşadığı mərkəzə yaxın Erenler Məhəlləsində baş verib.

Zəhərlənən tələbələrdə ürək bulanması və qarın ağrısı müşahidə edilib. Onların hamısı eyni dönərçidən toyuq dönəri alaraq yeyiblər. Tələbələrin bəzisi həkimə özləri getsə də, bəziləri ancaq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Afyonkarahisar vilayətinin Əkinçilik və Meşəçilik İdarəsi dönərin nümunələrini götürüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Xəbər lenti
0