12:12 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1147 0 0

Donbasda sülhün bərqərar olunması barədə fəaliyyət planı, amnistiya, əsirlərin dəyişdirilməsi və Rusiya vətəndaşlığına müraciət haqqında Leonid Paseçkin danışır

BAKI, 28 oktyabr — Sputnik. Son vaxtlar rəsmi Kiyev Donbasda sülhü necə bərpa edəcəyi ilə bağlı kifayət qədər yüksək bəyanatlar verib. RİA Novosti-yə müsahibəsində özünü respublika elan etmiş "Luqansk Xalq Respublikası"nın başçısı Leonid Paseçnik rəhbərlik etdiyi subyektdə Kiyevin bu vədlərinin necə qəbul olunduğunu deyib.

Rusiya müdafiə naziri Sergey Şoyqu
© Sputnik / Aleksey Nikolsky

- Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfranslarından birində Donbasdakı münaqişəni bir ilin ərzində həll etmək niyyətində olduğunu bəyan edib. Leonid İvanoviç, necə hesab edirsiniz, bu məqsədə çatmaq üçün Ukrayna lideri hansı yolla getməlidir?

- Bu qərarını həyata keçirmək üçün cənab Zelenski iradə nümayiş etdirməlidir. O, konkret müddət açıqlasa da, respublikalarda bu bəyanatı ruh yüksəkliyi ilə qarşılamadılar. Zelenski və onun komandası artıq çox şeyi vəd ediblər, lakin yaxşı heç nə etməmiş Poroşenkodan da az iş görüblər. Bundan əlavə, biz həmişə Donbasda sülhün bərqərar olmasına dair yeni planlar barədə eşidirik. Bu, sanki yeni siyasi dəbin bir hissəsidir - əvvəllər ukraynalı siyasətçilər Donbas əhalisinin məhv edilməsi metodlarını təsvir etməkdə yarışırdılar, sonra Ukraynanın gələcəyi barədə proqnozlarda, nəhayət, payızın gəlişi ilə münaqişənin nizamlanması planlarını təklif etmək dövrü çatıb. Düzdür, hər bir az-çox sağlam düşünən insan başa düşür ki, Ukrayna Minsk formatından yan keçə bilməyəcək.

- Rəsmi Kiyev bəyan edib ki, amnistiya barədə bütün qanunları qəbul edib, lakin Donbasda dəqiqləşdiriblər ki, bu bəyanatın reallıqla heç bir əlaqəsi yoxdur.

- Amnistiya Minsk razılaşmalarının bəndlərindən biridir. Onun icrasından imtina etməklə Ukrayna tərəfi qarant ölkələrin tövsiyələrinə məhəl qoymur. 

Addımlar kompleksi seçimlə, Kiyevin istəyi ilə həyata keçirilə bilməz, ona görə də biz Ukraynanın xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, hər bir bəndin yerinə yetirilməsini tələb edəcəyik. Razılaşdırılmış sənəd var, onu yerinə yetirmək lazımdır.

- Əsirlərin sonuncu genişmiqyaslı dəyişdirilməsi 2017-ci ildə olub. Bu istiqamətdə danışıqlar necə gedir və bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq olar?

- "LXR"dən olan hərbi əsirlərin dəyişdirilməsi üzrə işçi qrupu bütün bu illər ərzində insanlarımızın vətənə qayıtması üçün əlindən gələn lazımi işləri görür. Öz tərəfimizdən biz bütün öhdəlikləri yerinə yetiririk və həmişə dialoqa hazırıq. Lakin opponentlərimiz tərəfindən analoji istəyi görmürük, ona görə də onların əvəzindən proqnoz verə bilmərik.

- Ukrayna güc strukturları "LXR"dəki Zolotoye yaşayış məntəqəsinin yaxınlığında qüvvə və vasitələri çəkməkdən imtina edirlər. Sizin fikrinizcə, bunun səbəbi nədir və özünü respublika elan etmiş subyekt qüvvələrin çəkilməsi üçün başqa məntəqələri də nəzərdən keçirir?

- Təkrar etməyə məcburam – Donbasda sülhə gətirəcək aydın, təsdiq olunmuş plan var. O plana əməl etmək də olar, etməmək də. Kənardan belə bir hiss yaranır ki, ən azından hələlik Zelenski ikinci gənclik dövrünü yaşayan millətçiləri yerlərində otuzdura bilmir. Görək ümumiyyətlə buna nail olacaq, ya yox.

- İndi "LXR"də fəal surətdə Rusiya vətəndaşlığına müraciətlər olunur. Artıq neçə nəfər Rusiya pasportu almaq üçün müraciət edib?

- Hazırda 30 min nəfərdən artıq "LXR" sakini Rusiya Federasiyasının pasportunu alıb, daha 50 min isə müvafiq sənədləri təqdim edib. İlin sonuna pasportlaşma prosesində iştirak etmiş insanların ümumi sayı 100 mini keçəcək. Görünən odur ki, insanlar böyük həvəslə bu prosesdə iştirak edirlər, mən bu qərarın çoxdan gözlənildiyi barədə çox demişəm.

Müsahibənin tam versiyasını RİA Novosti-nin saytından oxuya bilərsiniz.

Əsas mövzular