Trampdan etiraf: "Pulsuz verəcəkdim"

© © Win McNamee/Getty Images/AFPПрезидент Соединенных Штатов Дональд Трамп, фото из архива
Президент Соединенных Штатов Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ ev G7 sammitinin məhz Mayamidəki Trump National Doral Resort-da iyunun 10-12-də keçiriləcəyini bildirmişdi

BAKI, 22 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, "Böyük yeddiliyin" sammitinin keçirilməsi üçün Mayamidəki Trump National Doral Resort otelini pulsuz təqdim etmək fikrindəymiş və bundan qazanc əldə etmək niyyəti yox imiş.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə o, jurnalistlərlə ünsiyyəti zamanı deyib.

"Mən bunu pulsuz etmək istəyirdim... bir-iki milyard itirmək - problem deyil, əgər varlısansa, bunun əhəmiyyəti yoxdur", - ABŞ Prezidenti bildirib.

Bir müddət əvvəl Tramp demişdi ki, özünə məxsus Trump National Doral Miami kurortunu G7 sammiti üçün məkan kimi düşünmür, tədbir onun Kemp-Deviddəki iqamətgahında keçirilə bilər.

Buna qədər isə Ağ ev G7 sammitinin məhz Mayamidəki Trump National Doral Resort-da iyunun 10-12-də keçiriləcəyini bildirmişdi. Oktyabrın 18-də isə bir neçə nüfuzlu konqresmen sammitin Trampa məxsus kurortda keçirilməsinin maliyyələşdirilməsinin qarşısını alan qanun layihəsi təqdim edib.

Xəbər lenti
0