17:02 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
İşıq lampası, arxiv şəkli

Güclü qasırğa minlərlə insana zərər vurdu

© CC0 / GregMontani / light
DÜNYA
Qısa URL
16 0 0

Təbii fəlakət 60 min insana zərər vurub. Evlərdə pəncərələrin şüşəsinin sınması nəticəsində onlarla insan yaralanıb

BAKI, 21 oktyabr — Sputnik. Amerikanın cənub-şərqindəki Texas ştatında güclü qasırğa baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, qasırğa binalara zərər vurub və 112 min insan işıqsız qalıb.

​Təbii fəlakət 60 min insana zərər vurub. Evlərdə pəncərələrin şüşəsinin sınması nəticəsində onlarla insan yaralanıb. Ciddi xəsarət alan olmayıb. Külək ağacları da yerindən qoparıb. Qasırğa 6 yaşayış məntəqəsinə ziyan vurub. Onlardan 4-nün sakinləri evlərini tərk edib. Təbii fəlakət zamanı zədələnən binalarda qaz sızması da müşahidə edilib. Dallasın şimal-qərbindəki yeddi məktəb dərsləri dayandırıb.

Əsas mövzular