16:51 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycandan önəmli sima olacaq

CC BY-SA 3.0 / Wikipedia
DÜNYA
Qısa URL
48 0 0

Gündoğar ölkədə keçiriləcək mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir

BAKI, 21 oktyabr — Sputnik. Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.

Əsas mövzular