09:37 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
ABŞ Prezidenti Donald Tramp

Trampa qarşı cinayət işi tələb edildi – Ərdoğana məktuba görə

© Win McNamee/Getty Images/AFP
DÜNYA
Qısa URL
43 0 0

Millət vəkili məktubun Türkiyə Cümhuriyyətini və türk millətinin birliyini təmsil edən Prezidentin ləyaqət, şərəf və nüfuzunu zədələyir xarakterdə olduğunu bildirib

BAKI, 19 oktyabr — Sputnik. Türkiyə və dünya ictimaiyyəti ABŞ Prezidenti Donald Trampın bütün diplomatik nəzakət qaydalarını aşıb qələmə aldığı məktubdan danışarkən, ictimaiyyət prokurorların hərəkətə keçməsini tələb edir.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili, hüquqşünas Mahmud Tanal Türkiyə Prezidentinə göndərilən məktuba görə Trampa cinayət işinin açılmasını tələb edib.

Millət vəkili məktubun Türkiyə Cümhuriyyətini və türk millətinin birliyini təmsil edən Prezidentin ləyaqət, şərəf və nüfuzunu zədələyir xarakterdə olduğunu bildirib.

Vəkil İbrahim Özəl də deyib ki, Türkiyə Cəza Qanunun 301-ci maddəsinə görə, Türkiyə hökumətini və dövlətin məhkəmə orqanlarını hədsiz alçaldan şəxs altı aydan iki ilə qədər həbs cəzası ilə cəzalandırılır: "Trampın göndərdiyi məktub ictimaiyyət tərəfindən oxunub və məqsəd baş verib".

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Suriyanın şimalında "Sülh bulağı" əməliyyatının başladığı gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana sərt ifadələr dolu məktub yazıb.

Ərdoğan Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalara zidd formada yazılan məktubuna cavab verib: "Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq. Zamanı gələndə bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyimizi də bildirmək istəyirəm".

Əsas mövzular