Qədim tarix açılır: Son illərin ən böyük tapıntısına imza atıldı

© Twitter / Ministry of Antiquities-Arab Republic of EgyptMisirli arxeoloqlar Nil çayının qərb sahilində yerləşən Luksor şəhərində içərisində yaxşı vəziyyətdə qalmış 20 müxtəlif rəngli sarkofaq olan məzarlıq tapıblar
Misirli arxeoloqlar Nil çayının qərb sahilində yerləşən Luksor şəhərində içərisində yaxşı vəziyyətdə qalmış 20 müxtəlif rəngli sarkofaq olan məzarlıq tapıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Misir hökuməti tapıntı haqqında ətraflı məlumatı şənbə günü keçiriləcək mətbuat konfransında verəcəyini deyib

BAKI, 18 oktyabr — Sputnik. Misirli arxeoloqlar Nil çayının qərb sahilində yerləşən Luksor şəhərində içərisində yaxşı vəziyyətdə qalmış 20 müxtəlif rəngli sarkofaq olan məzarlıq tapıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Misirin Antik Abidələrlə İş Üzrə Nazirliyi yaydığı məlumatda deyib.

"İçərisində müxtəlif rəngli sarkofaqlar olan böyük məzarlıq aşkar olunub. Bu, son bir neçə il ərzində ən böyük belə tapıntıdır", - deyə məlumatda bildirilir.

Nazirliyin informasiyasına görə, sarkofaqlar hələ ki, açılmayıb: "Onlar, misirlilərin qoyub getdiyi vəziyyətdə aşkar edilib".

​Misir hökuməti tapıntı haqqında ətraflı məlumatı şənbə günü keçiriləcək mətbuat konfransında verəcəyini deyib.

Xəbər lenti
0