20:04 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Qadın kosmonavt, arxiv şəkli

Gender bərabərliyi kosmosa da çıxır

© Maxim SHIPENKOV / POOL / AFP
DÜNYA
Qısa URL
30 0 0

Kuk və Meir kosmosa çıxışları zamanı Beynəlxalq Kosmik Stansiyanın (BKS) akkumulyator batareyasının yükləmə-boşaltma blokunu dəyişəcəklər

BAKI, 16 oktyabr — Sputnik. Tarixdə ilk dəfə olaraq iki qadın açıq kosmosa çıxacaq.

Sputnik Azərbaycan ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) istinadən xəbər verir ki, astronavtlar Kristina Kuk və Cessika Meir açıq kosmosa çıxışı oktyabrın 17-i və ya 18-i həyata keçirəcəklər.

Qadın kosmonavtlar Kristina Kuk və Cessika Meir, arxiv şəkli
© NASA via AP
Qadın kosmonavtlar Kristina Kuk və Cessika Meir, arxiv şəkli

Qeyd olunur ki, qadın astronavtların kosmosa çıxışı əvvəlcə oktyabrın 21-i üçün planlaşdırılmışdı, lakin sonradan tarix bir qədər irəli çəkilib.

NASA öz saytında qeyd edib ki, Kuk və Meir açıq kosmosda olarkən Beynəlxalq Kosmik Stansiyanın (BKS) Amerika seqmentinin akkumulyator batareyasının yükləmə-boşaltma blokunu dəyişəcəklər. Son zamanlar bu blokda nasazlıqlar müşahidə olunur.

Xatırladaq ki, açıq kosmosa çıxmış ilk qadın sovet kosmonavtı Svetlana Savitskaya (1984-cü ildə) olub.

Hazırda BKS-də uçuşu rusiyalı astronavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, onların amerikalı həmkarları Kristina Kuk, Endryu Morqan və Cessika Meir, eləcə də italiyalı astronavt Luka Parmitano həyata keçirirlər.

Əsas mövzular