20:32 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Suriya–Türkiyə sərhədində Atatürkün şəkli, arxiv şəkli

Çin də Aİ-yə qoşuldu, Qətər isə Türkiyəni dəstəklədi

© AP Photo / Lefteris Pitarakis
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
45 0 0

"Biz Türkiyəni hərbi əməliyyatları dayandırmağa və doğru olan siyasi həll yoluna qayıtmağa çağırırıq", - diplomat deyib

BAKI, 15 oktyabr — Sputnik. Türkiyənin oktyabrın 9-da Suriyada başladığı əməliyyata dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdə davam edir. Belə ki, artıq Çin də Türkiyəni Suriya ərazisində hərbi əməliyyatları dayandırmağa çağırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu bəyanatı Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan çərşənbə axşamı baş tutmuş brifinqdə deyib.

"Çin beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxır. Hesab edirik ki, bütün tərəflər BMT Nizamnaməsinin prinsiplərinə və məqsədlərinə, eləcə də beynəlxalq əlaqələrin normalarına tam şəkildə riayət etməli, problemin beynəlxalq hüquq çərçivəsində siyasi-diplomatik həlli yollarını axtarmalıdırlar", - diplomat deyib.

Qen Şuan vurğulayıb ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi və birliyi qorunmalı və hörmət edilməlidir.

"Biz Türkiyəni hərbi əməliyyatları dayandırmağa və doğru olan siyasi həll yoluna qayıtmağa çağırırıq", - diplomat deyib.

Qeyd edək ki, dünən Avropa İttifaqı (Aİ) da oxşar bir bəyanat yayıb. Aİ bəyanatında Türkiyənin hərbi əməliyyatını qınadığını və bu əməliyyatın "bütün regionda sabitliyi və təhlükəsizliyi ciddi şəkildə sarsıtdığını" deyib.

"Bu həmçinin İŞİD-lə mübarizə üzrə qlobal koalisiyanın əldə etdiyi əhəmiyyətli irəliləyişi sarsıdır", - Aİ Şurasının Lüksemburqdakı nümayəndələrinin yaydığı bəyanatda deyilir.

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib.

ABŞ Prezidenti Donald Tramp isə Suriyadakı vəziyyətlə bağlı olaraq Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb. Dövlət katibi Mayk Pompeonun sözlərinə görə, sənəd Ankaraya təzyiq göstərərək Türkiyəni Suriyada həyata keçirdiyi əməliyyatı dayandırmağa məcbur etmək üçün nəzərdə tutulub. ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiya siyahısına artıq Türkiyənin müdafiə və energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Dönmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər.

Bu arada Qətər Ankaranı dəstəkləyib. Belə ki, bu ölkənin Xarici İşlər naziri Məhəmməd bin Əbdulrəhman Al-Tani oktyabrın 15-də baş tutmuş Qlobal təhlükəsizlik sammitində Türkiyənin sözügedən hərbi əməliyyatının Suriya ərazilərini tutmaq cəhdi olmadığını və cinayətlər törətmiş kürd yaraqlılarına qarşı yönəldiyini bildirib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.

Elə həmin gün Türkiyə aviasiyası Ras əl-Əyn şəhərinə və iki ölkə sərhədində yerləşən digər Suriya şəhərlərinə hava zərbələri endirib.

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

Türkiyəyə qarşı hücum başlayıb – Hər tərəfdən təzyiq edilir
Türkiyə bir gündə 14 şəhid verdi
Türklər Suriyada Amerika mövqelərini vurdu, ya yox?
Politoloq: “Qərb Türkiyənin qarşılaşdığı təhdidlərə göz yummağa çalışır”
ABŞ döyüş mövqeyindən geri çəkilir – Tramp qərar verdi
Teqlər:
Qətər, Çin, hərbi əməliyyat, Suriya, Türkiyə

Əsas mövzular