23:16 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9210

Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.

BAKI, 10 oktyabr - Sputnik. Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. 

APA-nın məlumatına görə,  bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə əsasən, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib. 

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub. 

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.

Əsas mövzular