Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

İran Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxdı - Zərər görəcəksiniz

© AFP 2023 / BULENT KILICTürk hərbçiləri, arxiv şəkli
Türk hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tehran əmindir ki, keçiriləcək əməliyyat nəinki Türkiyənin təhlükəsizliyə dair narahatlığını aradan qaldıracaq, əksinə, böyük maddi və humanitar zərərə səbəb olacaq

BAKI, 8 oktyabr — Sputnik. Rəsmi Tehran Ankaranı Suriya ərazisində hərbi əməliyyatlardan çəkinməyə çağırıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Donald Tramp bir daha Türkiyəni hədələyib

"İran Xarici İşlər Nazirliyi Türkiyənin Silahlı Qüvvələrinin Suriya ərazisində mümkün əməliyyatlar keçirəcəyinə dair narahatlıq doğuran xəbərləri diqqətlə izləyir və əmindir ki, keçiriləcək əməliyyat nəinki Türkiyənin təhlükəsizliyə dair narahatlığını aradan qaldıracaq, əksinə, böyük maddi və humanitar zərərə səbəb olacaq", - deyə İran XİN-in yaydığı bəyanatda bildirilir.

Bununla əlaqədar nazirlik qeyd edib ki, Tehran istənilən növ hərbi əməliyyata qarşıdır və yaranmış vəziyyətin sülh yolu ilə həlli üçün Türkiyə və Suriya arasında dərhal əlaqənin qurulmasına yardım etməyə hazırdır.

Xəbər lenti
0