ABŞ Suriyanın şimalından 50 hərbçini çıxardıb – Tramp

© AFP 2023 / AHMAD AL-RUBAYEAmerika ordusunun əsgəri Bağdadda
Amerika ordusunun əsgəri Bağdadda - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm

BAKI, 8 oktyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Suriyanın şimalında Türkiyənin mümkün əməliyyatı keçirəcəyi bölgədən 50 hərbçisinin çıxarıldığını bəyan edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Tramp eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar Suriyada lazım olduğundan artıq vaxt qalıb: "Sözü gedən bölgədə (Suriyanın şimalında Türkiyənin əməliyyat keçirəcəyi bölgə) 50 hərbçi vardı və bu şəxslər həmi bölgəni tərk edib".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ankaranın "icazə verilənlər çərçivəsindən kənara çıxacağı" təqdirdə "Türkiyə iqtisadiyyatını məhv edəcəyi" ilə hədələyib.

"Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm", - Tramp öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri "saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidirlər".

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Donald Tramp impiçmentdən qorxur, amma...

"ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq.

Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.

Xəbər lenti
0