22:05 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
6310

Çəkilişdə iqlim dəyişikliyi aşkar müşahidə olunur. Əvvəllər dağların başında qara bürünən binalar indi açıq-aydın görünür

BAKI, 6 oktyabr — Sputnik. Viktor ləqəbli qartal boynuna bərkidilmiş GoPro kamerası ilə Alp dağlarının üzərindən uçaraq qlobal istiləşmənin nəticələrini "lentə alıb".

Sputnik Azərbaycan bildirir ki, videonu Eagle Wings Foundation xeyriyyə cəmiyyəti YouTube kanalında paylaşıb.

Kameranı quşun boynuna elə bərkidiblər ki, kadrlarda onun başı və müşahidə etdiyi mənzərə görünür.

Çəkilişdə iqlim dəyişikliyi aşkar müşahidə olunur. Əvvəllər dağların başında qara bürünən binalar indi açıq-aydın görünür. Dağlardakı buzlaqların əriməsi də videoda əksini tapıb.

Alp dağlarında buzlaqların əriməsini insanlar 2019-cu ilin yanvarında müşahidə ediblər.

Teqlər:
kamera, Alp dağı, iqlim dəyişikliyi, iqlim

Əsas mövzular