Trampın başı dərddə - İmpiçment proseduruna başlanılıb

© AP Photo / Alex BrandonПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın fikrincə, baş verənlərdə əsas məqsəd Ukraynada oğlunun adı korrupsiyada hallanan Baydeni təmizə çıxarmaqdır

BAKI, 25 sentyabr — Sputnik. ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlayıb.

Бурение первой нефтяной скважины на Биби-Эйбате - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dron hücumu ABŞ-la Çini geri plana atdı: Azərbaycan neft bazarından nə gözləsin?

O vurğulayıb ki, Amerika prezidenti də daxil olmaqla, heç kim qanundan üstün ola bilməz.

Prosedurun başlanmasına səbəb isə Donald Trampın Ukrayna rəhbərliyindən prezident seçkilərində öz əsas rəqibi Co Baydenə qarşı istifadə etmək cəhdi, həmçinin bu cəhdi gizlətmək üçün addımlar atması ittihamıdır.

Prezident isə bu ittihamları tamamilə rədd edib. O, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının stenoqramını yayacağını bildirib. Trampın fikrincə, baş verənlərdə əsas məqsəd Ukraynada oğlunun adı korrupsiyada hallanan Baydeni təmizə çıxarmaqdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib.

Xəbər lenti
0