Şoyqu Ukrayna ilə müharibədən danışdı

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidМинистр обороны РФ Сергей Шойгу
Министр обороны РФ Сергей Шойгу - Sputnik Azərbaycan
Abunə olmaq
“Çox ümid edirəm ki, Ukrayna hökuməti və xalqının belə axmaq və inanılmaz süjetə çağıranların qarşısını almaq üçün iradə və gücünün çatacaq”

BAKI, 23 sentyabr — Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu Kiyev və Moskvanın xoş qonşu kimi sülh içində yaşayacaqlarını bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, “Moskovskiy komsomolets”ə açıqlamasında bildirib.

Ukrayna bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya və Ukrayna arasında tarixi razılaşma, proses başlayır

“Rusiya və Ukrayna arasında birbaşa hərbi toqquşma ehtimalı” barədə suala cavab verən müdafiə naziri bu barədə düşünmək belə, istəmədiyini bəyan edib. Şoyqu vurğulayıb ki, Ukrayna hakimiyyətinin Moskva üzərinə hərbi yürüşə çağıran ekstremistləri cilovlayacağına ümid edir: “Çox ümid edirəm ki, Ukrayna hökuməti və xalqının belə axmaq və inanılmaz süjetə çağıranların qarşısını almaq üçün iradə və gücünün çatacaq. Nə zamansa Ukraynada ekstremistlərin qarşısı mütləq alınacaq. Heyf ki, bunu vaxtında etmədilər”.

Şoyqu ukraynalıları qardaş xalq adlandıraraq bildirib ki, onun ana tərəfdən qohumları Ukraynadandır, özü isə Luqansk vilayətində xaç suyuna çəkilib: “Mən tam əminəm ki, Ukrayna xalqı ilə sülh və xoş qonşuluqda yaşayacağıq. Əminəm ki, onun vaxtı çatacaq”.

Xəbər lenti
0