23:59 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
 ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp İranla danışıqlardan danışdı: “Hazıram”

© REUTERS / JOSHUA ROBERTS
DÜNYA
Qısa URL
2201

İran Prezidenti Həsən Ruhani Milli Televiziya ilə çıxışı zamanı BMT-yə Fars körfəzi və Hörmüz boğazında təhlükəsizlik məsələləri ilə bağlı region ölkələri ilə əməkdaşlığa dair layihə təqdim edəcəyini bildirib

BAKI, 22 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Fars körfəzində təhlükəsizliyin təmin edilməsi ilə bağlı İranın planı ilə tanış olmağa hazır olduğunu bəyan edib. Sputnik Azərbaycan RİA Novostiə-yə istinadla xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Mən görüşlərə həmişə açığam” – deyə Tramp bəyan edib. Eyni zamanda o, BMT Baş Assamleyasında İran rəhbərliyi ilə heç bir görüşün planlaşdırılmadığını da əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Həsən Ruhani Milli Televiziya ilə çıxışı zamanı BMT-yə Fars körfəzi və Hörmüz boğazında təhlükəsizlik məsələləri ilə bağlı region ölkələri ilə əməkdaşlığa dair layihə təqdim edəcəyini bildirib.

Əsas mövzular