Dünyanın ən təhlükəli ölkəsi yenə silkələndi

© AFP 2023 / NURPADILAİndoneziyada zəlzələ
İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
İndoneziya dünyanın ən seysmoaktiv ölkələrindən biridir. 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında baş verən zəlzələ nəticəsində 250 minə yaxın insan ölüb. Bu, 21-ci əsrdə baş verən ən dəhşətli zəlzələdir.

BAKI, 22 sentyabr — Sputnik. İndoneziyanın Yamden adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan Rusiya RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Yeraltı təkanların episentri Saumlaki kəndindən 186 km şimal-qərbdə, ocağı isə 48,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı, xəsarət alan və sunami təhlükəsi barədə məlumat verilməyib.

Qeyd edək ki, İndoneziya dünyanın ən seysmoaktiv ölkələrindən biridir. 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında baş verən zəlzələ nəticəsində 250 minə yaxın insan ölüb. Bu, 21-ci əsrdə baş verən ən dəhşətli zəlzələdir.

Xəbər lenti
0