23:57 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli

ABŞ liderindən Ukraynaya qarşı saymazyana münasibət

© REUTERS / Yuri Gripas
DÜNYA
Qısa URL
147 0 0

Prezidentin mövqeyi belədir ki, Rusiya bizim dostumuz olmalıdır və ümumiyyətlə Ukrayna kimi maraqlandırır?

BAKI, 21 sentyabr - Sputnik. ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vaşinqtonun  Ukraynadakı hərəkətləri Rusiyanı narahat edir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki,  bu barədə  "The Washington Post" qəzetində məlumat yer alıb.

Amerika nəşrinin məlumat mənbəyi, Tramp ilə bu mövzunu dəfələrlə müzakirə etdiyini deyib. "Prezidentin mövqeyi belədir ki, Rusiya bizim dostumuz olmalıdır və ümumiyyətlə Ukrayna kimi maraqlandırır?” - qəzetin mənbəyi deyib.

Məqalədə həmçinin bildirilib ki, Amerika prezidenti ukraynalı həmkarı Vladimir Zelenski ilə Vaşinqtonda görüş üçün müəyyən bir tarix təyin etməkdən imtina edir.  Eyni zamanda, Trampın köməkçiləri bu danışıqların aparılmasında təkid edirlər.

Xatırladaq ki, sentyabrın 21-də ABŞ administrasiyasının bir nümayəndəsinin mətbuat konfransı zamanı Ukraynanın Rusiyanın bəzi ərazilərini işğal etdiyini dilə gətirib.

"Tramp Zelenski ilə bütün tərəflərin, o cümlədən Rusiya ərazilərini işğal edənlərin Minsk razılaşmalarına əməl etmələrinin vacibliyini müzakirə edəcək" - deyə məmur bildirib.

Tramp və Zelenskinin görüşü sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının iclasında planlaşdırılır.

Əsas mövzular