05:04 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Skeytbordçu, arxiv şəkli

Ayaqsız skeytbordçu dünya ulduzunu heyrətləndirdi - VİDEO

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
12 0 0

Yaşyarım olarkən Maksim yanğın zamanı 4-cü dərəcəli yanıq xəsarəti alıb. Uşağı xilas etmək üçün həkimlər onun hər iki ayağını amputasiya ediblər

BAKI, 15 sentyabr — Sputnik. Amerikalı skeytbordçu Toni Hauk özünün Instagram səhifəsində rusiyalı idmançı Maksim Abramovun videosunu yerləşdirib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, o, videoya "Mənim yeni sevimli skeyterim" şərhini yazıb.

Посмотреть эту публикацию в Instagram

New favorite skater: @maxlullove 🎥: @pavelmushkin #invertbodyvarialpivot <— NBD

Публикация от Tony Hawk (@tonyhawk)

On yaşlı Maksim Abramov Rusiyanın Amur vilayətində doğulub. Yaşyarım olarkən o, yanğın zamanı 4-cü dərəcəli yanıq xəsarəti alıb. Uşağı xilas etmək üçün həkimlər onun hər iki ayağını amputasiya ediblər.

Maksim əllərinin köməyilə hərəkət etməyi və skeytbord sürməyi öyrənib. Hazırda o, ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayır.

Amerikalı Toni Hauk tarixdə ən nüfuzlu skeytbordçulardan sayılır.

O, rampa ilə tullanışda öz ətrafında 900 dərəcə dönə bilən ilk qeydə alınmış skeytbordçudur. Toninin şərəfinə Tony Hawk Pro Skater videooyun seriyaları yaradılıb.

Əsas mövzular