BAKI, 14 sentyabr — Sputnik. Peşəkar dalğıc-videooperator hazırda məlum olan ən böyük ilan növü - yaşıl anakondanı su altında görüntüləyib.
Sputnik bildirir ki, Braziliyada, Matu-Qrosu ştatında Farmoza çayına dalan dalğıc çay yatağında istirahət edən 7 metr uzunluğunda anakonda ilə rastlaşıb.
Dalğıcı sezən anakonda ona yaxınlaşıb. Videooperatorun kamerası sürünənin diqqətini çəkib. Görüş insidentsiz ötüşüb.