İsveçli alim "bəşəriyyəti xilas etmək" üçün maraqlı və qəddar yol təklif edir

CC0 / webandi / MeatƏt, arxiv şəkli
Ət, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Soderlund özü də insan ətini yeyə biləcəyini istisna etməyib: "Deməliyəm ki... bunu etməyə hazıram"

BAKI, 12 sentyabr — Sputnik. Stokholm İqtisad Məktəbinin professoru Maqnus Soderlund insan ətinin qida kimi qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.

Sputnik Azərbaycan "New York Post" nəşrinə istinadən xəbər verir ki, alim bunu "Gastro" elmi simpoziumunda çıxışı zamanı deyib.

Onu fikrincə, meyitlərdən götürülən insan ətinin qida kimi qəbul edilməsi bəşəriyyəti xilas etməyə kömək edə bilər.

Soderlund özü də insan ətini yeyə biləcəyini istisna etməyib: "Deməliyəm ki... bunu etməyə hazıram".

Alim həmçinin ev heyvanlarını və böcəkləri yeməyi "daha real" variant kimi təklif edib.

Qeyd edək ki, kannibalizmin insan səhhəti üçün potensial təhlükəsi isveçli alimin bu ideyasının tətbiqinə mane ola bilər. Belə ki, 1960-cı illərdə Papua-Yeni Qvineya sakinləri arasında öz ölülərini yemək adəti mövcud idi. Sonradan bu adət onlar arasında "Kuru xəstəliyi" və ya "gülən ölüm" adı ilə tanınan epidemiyanın yayılmasına səbəb olub.

Xəbər lenti
0