08:41 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
77

Sietldəki Milli Meteoroloji Xidmətin verdiyi məlumata görə, tufan 3 saatdan çox çəkib, bu müddət ərzində isə 1200-dən çox ildirim çaxıb

BAKI, 8 sentyabr — Sputnik. ABŞ-ın qərb sahillərində yerləşən Sietl şəhərinin  səmasını bazara keçən gecə yüzlərlə ildırım işıqlandırıb.

Sputnik xəbər verir ki, tufan o qədər güclü olub ki, minlərlə ailənin elektrik enerjisi ilə təminatında fasilələr yaradıb, bir çox reyslər isə təxirə salınıb.

​Sietldəki Milli Meteoroloji Xidmətin verdiyi məlumata görə, tufan 3 saatdan çox çəkib, bu müddət ərzində isə 1200-dən çox ildirim çaxıb.

Haskidə hava şəraiti səbəbindən futbol oyunu təxirə salınıb, bir qədər sonra elektrik enerjisinin kəsilməsi də stadiona zərər vurub.

​Meteoroloqların dediklərinə görə, belə tufanlar bölgədə nadir hallarda baş verir.

İldırımın görüntülərini paylaşan sosial şəbəkə istifadəçiləri onları "dəli" adlandırsalar da, heyrətləndiklərini gizlətməyiblər.

Teqlər:
ABŞ, ildırım, tufan

Əsas mövzular