"Roskosmos" Həbibi təbrik etdi, robot papaq istədi - FOTO

© AP Photo / Mahmoud KhaledХабиб Нурмагомедов
Хабиб Нурмагомедов - Sputnik Azərbaycan
Abunə olmaq
"Baykonurda payızın gəlişi hiss olunur. Ötən gecə temperatur 14°С-yə düşüb" - robot yazıb və papaq istəyib

BAKI, 8 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, şənbə günü Həbib Nurməhəmmədov amerikalı Dastin Puaryeni oktaqonda məğlub edərək Universal Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempion titulunu qoruyub.

Sputnik Azərbaycan bildirir ki, döyüşçünü qələbəsi münasibətilə təbrik edən məşhurlar arasında "Roskosmos" Dövlət Korporasiyasının baş direktoru Dmitri Roqozin də olub. O, təbrikini Həbibin döyüşlərdən sonra qoyduğu "çoban papağı"ndakı öz şəkli ilə müşayiət edib.

Robot Fyodor da hadisədən kənar qalmayaraq Roqozinin şəklini paylaşıb və papaqdan istədiyini deyib.

​"Baykonurda payızın gəlişi hiss olunur. Ötən gecə temperatur 14°С-yə düşüb. Belə papaqdan mənə də lazımdır. Endirilən aparat çərşənbə axşamı Korolyov şəhərinə, "Energiya"ya aparılmalıdır. Mənə kosmosa uçuşa hazırlıqda kömək edən mütəxəssis dostlarımla görüşü gözləyirəm", - Fyodor Twitter-əki səhifəsində yazıb.

Robot Fyodor (FEDOR — Final Experimental Demonstration Object Research) Rusiya FHN-in sifarişilə "Android texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən hazırlanıb. Onun yaradılmasına 300 milyon rubl sərf olunub. Bu yaxınlarda robotun adı dəyişərək Skybot F-850 olub.

Xəbər lenti
0