15:28 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Borispol hava limanı, arxiv şəkli

Böyük mübadilə baş tutdu: Moskva və Kiyev məhbusları qaytarırlar

© Sputnik / Stringer
DÜNYA
Qısa URL
2210

Bu gün "RİA Novosti Ukrayna" portalının rəhbəri Kiril Vışinskinin də Moskvaya uçacağı bildirilib. Məlumatı "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov yayıb

BAKI, 7 sentyabr — Sputnik. Moskva və Kiyev arasında razılaşmaya əsasən azadlığa buraxılmış rusiyalıları daşıyan təyyarə Ukraynanın "Borispol" hava limanından qalxıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Strana.ua" nəşri yayıb.

"Təyyarə saat 10:06-da (Bakı vaxtı ilə saat 11:06-da – red.) "Borispol" hava limanından qalxıb" - xəbərdə bildirilir.

Razılaşmaya əsasən təyyarə 37 nəfəri Rusiyaya qaytaracaq.

Bundan başqa "Flightradar" saytı xəbər verir ki, ukraynalı məhbusları Rusiyadan daşıyan təyyarə artıq Kiyevdə eniş edib. "Strana.ua" saytının məlumatına görə, təyyarə rejissor Oleq Sentsovu və bir müddət öncə həbs olunmuş ukraynalı gəmiçiləri ölkələrinə qaytardığı güman edilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Moskva və Kiyevin məhbus mübadiləsi danışıqlarında adı çəkilən şəxsləri əfv edib. Bundan əvvəl isə Rusiya Prezidenti Vladimir Putin məhbusların azad edilməsinə dair məsələnin yaxın günlərdə həll olunacağını deyib.

Bu gün "RİA Novosti Ukrayna" portalının rəhbəri Kiril Vışinskinin də Moskvaya uçacağı bildirilib. Məlumatı "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov yayıb.

Xatırladaq ki, Ukrayna məhkəməsi avqustun sonlarında Kiril Vışinskini azadlığa buraxıb. Belə ki, ona qarşı irəli sürülmüş qətimkan tədbiri dəyişilərək, barəsində şəxsi zaminlik qətimkan tədbiri seçilib. Jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin yanına gəlməlidir.

Kiril Vışinski 2018-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır. Bu ittihamlarla bağlı olaraq jurnalist 15 il müddətində həbs edilə bilər.

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib. Jurnalist özü ittihamları rədd edib.

Əsas mövzular