“İkinci dərəcəli” vətəndaşlar alman milliyyətçilərinə səs verirlər

© REUTERS / Hannibal HanschkeAlmaniyada seçkilər, arxiv şəkli
Almaniyada seçkilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sağçı, milliyyətçi və anti-immiqrant “Almaniya üçün Alternativ” (Alternative für Deutschland, AfD) partiyası seçkilərdə vəziyyətini yaxşılaşdıraraq hər iki regionda ikinci yerdə qərarlaşıb

BAKI, 4 sentyabr — Sputnik. Keçən həftəsonu Almaniyanın iki şərq əyalətində  - Saksoniya və Branderburqda parlament seçkiləri baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-nin analitiki İrina Alksnis seçkilərin nəticələrinin həm ölkə daxilində, həm də Qərbdə bir qədər qəribə reaksiyaya səbəb olduğunu bildirir – belə ki, bir tərəfdən seçkilərin nəticələri əsəbi şəkildə qəbul olunsa da, digər tərəfdə nəticələr rahatlanma və hətta sevinc hissi ilə qəbul olunub.

Aksnis bildirir ki, prinsipcə seçkilərin nəticələri son illərin davamlı tendensiyasına uyğun gəlir.

Hakim partiyaların populyarlığı düşməkdədir

Sağçı, milliyyətçi və anti-immiqrant “Almaniya üçün Alternativ” (Alternative für Deutschland, AfD) partiyası seçkilərdə vəziyyətini yaxşılaşdıraraq hər iki regionda ikinci yerdə qərarlaşıb. “AfD” Saksoniyada öz yerini demək olar ki, üç dəfə (bundan əvvəlki seçkilərdə  partiya səslərin 9,7 faizini toplayıb, son seçkilərdə isə bu göstərici 27 faiz olub), Brandenburqda isə demək olar ki, iki dəfə (12 faizdən 23,7 faizə) yaxşılaşdırıb.

Hakim partiyalar isə populyarlıqlarını itirməkdədirlər. Məsələn, Saksoniyada Angela Merkelin “Xristian Demokrat İttifaqı” (CDU) səslərin 32,1 faizini (əvvəlki seçkilərlə müqayisədə 7,3 faiz az) toplayıb. Brandenburqda isə əhalinin yalnız 26,2 faizi (5,7 faiz az) Sosial Demokrat Partiyasına (SPD) səs verib.

Sual verilə bilər: “bəs Almaniya hökuməti və digər siyasi dairələri bu nə üçün sevindirməlidir?”. Cavab sadədir: “onlar narahat idilər ki, hər şey bundan da pis ola bilər.”

Qeyd edək ki, bir müddət öncə aparılmış sosial sorğular da “AfD” şanslarının böyük olduğunu göstərib.

Yeni parçalanma

Alksnis qeyd edir ki, Almaniyada hazırda ən çox narahatlıq doğuran sosial-iqtisadi məsələlərdir. Belə ki, “AfD” partiyasının uğur qazandığı Şərqi Almaniyada əsas göstəricilərin bir çoxu, o cümlədən əhalinin gəliri, işlə təmin olunması və regionların inkişaf səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır.

Maraqlısı isə odur ki, “AfD” partiyasının 27 faiz səslə ikinci yer tutduğu şərqi regionlardan biri Saksoniyada səs verənlərin üçdə ikisi özlərini “ikinci dərəcəli vətəndaş” kimi hiss etdiklərini bildiriblər.

Belə olan halda Almaniyada ölkənin parçalanması haqqında yenidən xatırlayıblar – bu dəfə siyasi aspektdə. Almaniyanın şərqində “AfD” partiyasının populyarlığı ölkənin qərbinə nisbətən yüksəkdir. Partiyanın keçmiş Almaniya Demokratik Respublikasının tərkib hissəsi olmuş Saksoniya və Brandenburqda uğur qazanması bunu təsdiqləyir. Bundan başqa ekspertlər qeyd edirlər ki, “AfD” ölkənin məhz şərqində daha çox radikaldır: onun tərəfdarları öz baxışlarını gizlətmirlər və hətta bu baxışlarını immiqrasiya əleyhinə çıxışlarında da səsləndirirlər.

Bununla yanaşı bir çoxları qəbul edirlər ki, ölkənin hətta qərbində də əhali Kansler Angela Merkelin miqrasiya siyasətindən razı deyil. Sadəcə olaraq qərbdə bu haqda çox da danışmırlar və “AfD” partiyasının “nalayiqliyi” faktoru səbəbindən sağçılar orada elə də böyük dəstək ala bilmirlər.

Belə bir fonda şərq regionların əhalisi öz fikirlərini açıq şəkildə bildirməkdən qorxmurlar və çəkinmirlər. Bu isə ekspertləri çaşbaş salır: “siyasi əxlaqın qaydalarına uyğun olaraq hərəkət etmək istəməyən cəmiyyətlə nə edək?”

Almaniya Demokratik Respublikasının dağılmasından təxminən 30 il keçsə də onun irsi yenidən alman siyasəti və hökuməti üçün əhəmiyyətli faktora çevrilməkdədir.

Xəbər lenti
0