BAKI, 1 sentyabr — Sputnik. Məşhur biznesmen, "Tesla" şirkətinin yaradıcısı və baş direktoru İlon Mask planetlərarası araşdırmalar barədə fikirlərini bölüşüb və SpaceX-in (Maskın daha bir şirkəti) əfsanəvi Area 51 zonasından daha maraqlı obyektə malik olduğunu deyib.
Sputnik bildirir ki, Şanxayda süni intellekt üzrə konfransda çinli milyarder, "Alibaba"nın yaradıcısı Cek Ma ilə birlikdə çıxış edərkən İlon Mask hökumətin yadplanetlilərlə əlaqəsini və onları ictimaiyyətdən gizlətdiyini təkzib edib.
"Elə adamlar var ki, bizim yadplanetliləri tapdığımızı güman edirlər. İnanın, mən bilirəm: belə bir şey yoxdur, - Mask deyib. - Adamlar məndən soruşurlar ki, Zona 51-də olmuşamm.ı Yaxşı, oldu. SpaceX-in Zona 59-u var, bu Zona 51-dən səkkiz addım yaxşıdır".
“People out there think we’ve got aliens, trust me I would know, we have not, okay. People ask me you’ve been to Area 51, okay, please, @SpaceX actually has area 59, it’s even better eight better than 51” .
— Chao Zhou 👽 (@realChaoZhou) August 29, 2019
I guess .@elonmusk knows something! $tsla #Tesla #GF3 #alien pic.twitter.com/SxYD7y1jng
Come to Area 59 — 8 better than Area 51 pic.twitter.com/QRFWpfwCIm
— Viv (@flcnhvy) August 30, 2019
Mask həmçinin Marsa təşkil ediləcək tədqiqat missiyalarından danışıb. O bildirib ki, "Yer kürəsinin başına hansısa bir fəlakətin gələ biləcəyi ehtimalı" bu missiyaları vacib edir.
"Bizim ən gözəl niyyətlərimizə və nələrsə etməyə çalışmağımıza rəğmən, ehtimal var ki, xarici qüvvələr, yaxud daxili gözlənilməz səhvlər sivilizasiyanın məhvinə gətirib çıxara bilər, yaxud da onu o qədər zəiflədər ki, insanlar başqa bir planetdə yayıla bilməzlər", - Mask qeyd edib.
SpaceX şirkəti Starhopper gəmisinin sınaqların başlayıb. O, Maskın fikrincə, gələcəkdə insanları Marsa daşıyacaq Raptor ulduzlararası gəmisinin prototipidir.