Benksinin bəzədiyi yük maşınını hərraca çıxarırlar

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidHərrac,arxiv şəkli
Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəssamın 2000-ci ildə əsərə çevirdiyi yük maşınının 80 kvadrat metri şəkillə örtülüb

BAKI, 31 avqust — Sputnik. Bonhams hərrac evi sentyabrın 14-də Çiçester şəhərində Britaniyanın məşhur strit-art rəssamı Benksinin rənglədiyi yük maşınını satışa çıxaracaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hərrac evinin saytında məlumat verilib. İlkin qiymətləndirmə 1,3-2 milyon dollardır.

Bildirilir ki, Turbo Zone Truck (Laugh Now But One Day We'll Be in Charge) adlandırılan Volvo FL6 avtomobili "Benksinin indiyədək yaratdığı ən böyük əsərdir". Hərracın məlumatına görə, rəssam onu 2000-ci ildə çəkib. Yük maşınının 80 kvadrat metri şəkillə örtülüb. Lotun başlanğıc qiyməti, hərracın qeyd etdiyi kimi, "işin dəyərini əks etdirir". Yük maşınına Benksinin müəllifliyini təsdiqləyən orqan - Pest Control-un ("Ziyanvericilərlə mübarizə") sertifikatı verilib.

Benksi (Banksy) - çoxları üçün tapmacadır. Bu rəssam eyni anda həm təxribatçı, həm də zaraftcıldır. O, küçə sənəti barədə düşüncələri dəyişən şəxsdir. Onun siyasətə, müharibələrə, kapitalizmə qarşı ironik və düşündürücü əsərləri hər zaman jurnalistlərin, fotoqrafların, vandalların, incəsənət tənqidçilərinin və kolleksiyaçıların hədəfindədir. Benksinin işləri dəfələrlə altırəqəmli qiymətə satılıb.

Xəbər lenti
0