07:12 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2610

"Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib ki, kosmonavtlar "Fyodor" robotunu gəmidən BKS-ə köçürməyə başlayıblar

BAKI, 28 avqust — Sputnik. Göyərtəsində Rusiyanın ilk insanabənzər robotu olan "Fyodor"u daşıyan "Soyuz MS-14" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşə bilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu kosmik gəminin BKS-ə ikinci birləşmək cəhdi olub.

"Birləşmə baş tutdu", - Rusiyanın Uçuşlara Nəzarət Mərkəzinin diktoru deyib.

"Soyuz MS-14" gəmisi avqustun 22-də Bakı vaxtı ilə saat 7:38-də (Moskva vaxtı ilə saat 6:38-də) Qazaxıstanda yerləşən Baykonur kosmodromundan kosmosa buraxılıb. Kosmik gəmi göyərtəsində "Fyodor" robotunu daşıyır. Raketin səmaya qalxması anında "Fyodor" ilk kosmonavt Yuri Qaqarin kimi "Getdik! Getdik!" sözlərini deyib.

Kosmik gəmi buraxıldıqdan iki sutka sonra, yəni avqustun 24-də Bakı vaxtı ilə saat 9:30-da (Moskva vaxtı ilə saat 8:30-da) Beynəlxalq Kosmik Stansiya ilə birləşməli idi, lakin müəyyən problemlər səbəbindən bunu təyin olunmuş vaxtda etmək mümkün olmayıb.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) baş direktoru Dmitri Roqozin RİA Novosti-yə bildirib ki, kosmik gəminin BKS ilə birləşməsindən sonra kosmonavtlar "Fyodor" robotunu gəmidən stansiyaya köçürməyə başlayıblar.

Bir müddət öncə xəbər verilib ki, robot Beynəlxalq Kosmik Stansiyada bir sıra tapşırıqları həyata keçirəcək.

Qeyd edək ki, "Fyodor" (FEDOR - Final Experimental Demonstration Object Research) "Android Texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən yaradılıb. Onun yaradılmasına 300 milyon rubl (təxminən 7,8 milyon manat) xərclənib.

Əsas mövzular