Rus raketlərinin NATO-ya zərər verəcəyinə dair sübut yoxdur – Ərdoğan

© REUTERS / MURAD SEZERTürk bayrağının arxasında Ərdoğan
Türk bayrağının arxasında Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"S-400" məsələsinin Türkiyə üçün böhran vəziyyətinə gətirilməsini yaxşı niyyət olaraq görmürük"

BAKI, 6 avqust — Sputnik. "S-400" zenit-raket komplekslərinin NATO-ya zərər verəcəyinə dair heç bir sübut yoxdur". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Ankarada keçirilən 11-ci səfirlər konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"S-400" zenit-raket komplekslərinin NATO-ya zərər verəcəyinə dair heç bir sübut yoxdur. Heç kim heç kimi aldatmasın. "S-400" məsələsinin Türkiyə üçün böhran vəziyyətinə gətirilməsini yaxşı niyyət olaraq görmürük", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti ümid edir ki, prezident Donald Tramp ABŞ-Türkiyə münasibətlərinin "S-400" məsələsinin əsiri olmasına imkan verməyəcək.

Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq:

"Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Xəbər lenti
0