01:58 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1118 0 0

Çin hökuməti ölkəyə Amerikanın kənd təsərrüfatı məhsullarının ixracının dayandırılmasına göstəriş verib

BAKI, 6 avqust — Sputnik. Çin hökuməti ölkəyə Amerikanın kənd təsərrüfatı məhsullarının idxalının dayandırılmasına göstəriş verib. Şirkətlər artıq idxalı dayandırıblar və indi iki ölkənin ticarət danışıqlarının irəliləməsini gözləyirlər.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.

Pekinin qərarı ABŞ prezidenti Donald Trampın avqustun 1-də 300 milyard dollar dəyərində qiymətləndirilən Çin məhsullarının idxalına 10 faizlik rüsum tətbiq etmək niyyətində olduğunu açıqlamasından sonra verilib.

"Çin ticarət müharibəsində daha yumşaq diplomatik strategiyadan imtina edir və ABŞ üçün "boks kisəsi" rolunu icra etmək istəmir. Trampın yeni ticarət rüsumu ilə bağlı təhdidləri vəziyyəti yalnız pisləşdirir və tammiqyaslı ticarət müharibəsinə aparır", - Maybank Kim Eng Research Pte şirkətinin analitikləri bildiriblər.

İki nəhəng arasında buzlar əriyir - milyonlarla ton məhsul yolda>>

Çin öz milli valyutasının məzənnəsinin son 10 ildə ən aşağı səviyyəsinə enməsinə icazə verib. Avqustun 5-də 2008-ci ildən bəri ilk dəfə olaraq bir dollar yeddi yuan psixoloji həddini aşaraq bir dollar üçün 7,02 yuana qədər yüksəlib. Bu hal Çin Xalq Bankı 2018-ci ilin dekabr ayından bu yana Çin valyutası üçün ən aşağı səviyyəni - bir dollar üçün 6.9225 yuan - müəyyən etdikdən sonra baş verib.

Trampın rəsmi Pekinə iradlarından biri də onunla bağlıdır ki, onun fikrincə, Çin ixracatçılara kömək etmək üçün öz milli valyutasının məzənnəsini ədalətsiz şəkildə idarə edir. Bununla yanaşı, Çin iyun ayında G20 sammitində tərəflərin əldə etdiyi barışıqdan sonra Amerika kənd təsərrüfatı məhsullarının idxalını artırmaqla bağlı vədini yerinə yetirməyib.

Çin ABŞ-dan alınan soya və qarğıdalı kimi məhsulların dünya üzrə əsas idxalatçısıdır. Lakin 2018-ci ildə başlanan ticarət qarşıdurmasından sonra Pekin ABŞ-dan alınan kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumları artırıb və idxalın həcmini ixtisar edib.

ABŞ və Çin arasındakı ticarət əlaqələrinin növbəti kəskinləşməsi, Vaşinqton və Pekin arasındakı ticarət danışıqlarının 12-ci raundundan sonra baş vermişdi. Bundan əvvəl, 2019-cu ilin may ayında, məsləhətləşmələrin uğursuz olduğu ortaya çıxan 11-ci raundundan sonra tərəflər qarşılıqlı ticarət rüsumlarını tətbiq etməyə başlayıblar. ABŞ Çindən 200 milyard dollarlıq, Çin isə ABŞ-dan 60 milyard dollarlıq idxal mallarına rüsum tətbiq etməyə başlayıb.

Teqlər:
qadağa, idxal, ticarət, ABŞ, Çin

Əsas mövzular