Texasda atışmada ölənlərlə yaralıların sayı artdı - Video

CC0 / stevepb / BulletGüllələr, arxiv şəkli
Güllələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdə paylaşılan videolarda görünür ki, həm ticarət mərkəzinin daxilində, həm də xaricində həlak olan və yaralılar var

BAKI, 3 avqust — Sputnik. Texasın El-Paso şəhərindəki Walmart ticarət mərkəzində 10 nəfər ölüb, ən azı 30 nəfər yaralanıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə jurnalist Kamilla Rambaldi hüquq-mühafizə orqanlarına istinadən bildirib. 

KTSM telekanalı isə 18 nəfərin öldüyünü bildirir: 

​El-Pais polisi ticarət mərkəzində atəş açan bir nəfəri yaxaladığını bildirib. Öncə xəbər verilirdi ki, atəş açan bir neçə nəfər olub.

"İndi orada atəş açmırlar, amma təhlükə yenə də qalır. Bizim adamlarımız əməliyyat zonasını mühasirəyə alıblar. İndi yaxşı olar ki, heç kim ticarət mərkəzinə daxil olmasın", - deyə yerli polisin nümayəndəsi Fox-un efirində bildirib.

Rusiyada öldürülən azərbaycanlı ilə bağlı yeni video yayılıb>>

Sosial şəbəkələrdə paylaşılan videolarda görünür ki, həm ticarət mərkəzinin daxilində, həm də xaricində həlak olan və yaralılar var.

Daha bir videoçarxda isə adamlar mebelin altında gizləniblər, arxa planda isə atəş səsləri eşidilir:

CNN telekanalı EL-Pasonun meri Di Marqoya istinadən xəbər yayıb ki, ticarət mərkəzində insanlara atəş açmaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Xəbər lenti
0