12:37 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
F-35 qırıcı təyyarəsi, arxiv şəkli

İsraillə Türkiyə arasında yeni böhran: Hədəf bölgə liderliyidir

© AFP 2019 / ERIC BARADAT
DÜNYA
Qısa URL
101 0 0

Rəsmi Təl-Əviv düşünür ki, "F-35"lərin Türkiyəyə satılması bu ölkəyə Yaxın Şərq regionun hava məkanında yeni imkanlar verəcək

BAKI, 1 avqust — Sputnik. İsrail Yaxın Şərq regionunda hərbi üstünlüyünün saxlanılması məqsədilə Türkiyənin "F-35" qırıcıları üzrə proqramdan çıxarılması üçün Birləşmiş Ştatlara təzyiq göstərib. Sputnik International xəbər verir ki, bu barədə İsrailin "The Times of Israel" nəşri xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-400" zenit-raket komplekslərinə dair razılaşmadan imtina etmədikdən sonra "Lockheed Martin" şirkətindən "F-35" qırıcılarını alan ikinci ölkə olan İsrail bu qırıcıların Vaşinqton tərəfindən Ankaraya satılmasına qarşı çıxıb. Rəsmi Təl-Əviv düşünür ki, "F-35"lərin Türkiyəyə satılması bu ölkəyə Yaxın Şərq regionunun hava məkanında yeni imkanlar verəcək.

Hələlik nə İsrail, nə də Amerikadan olan rəsmilər bu məlumatı şərh etmirlər.

Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq:

"Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Teqlər:
"S-400" zenit-raket kompleksi, "F-35" qırıcı təyyarəsi, Türkiyə, İsrail

Əsas mövzular