Ərdoğan dövlətə ziyan vurmaqda ittiham edildi - Gözlənilməz zərbə

© AFP 2024 / ELVIS BARUKCICTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Konstitusiya referendumu nəticələrinə əsasən, məhdudiyyətsiz səlahiyyətlər əldə edən prezident Ərdoğan dövlətə və onun institutlarına zərər vurur"

BAKI, 1 avqust — Sputnik. Türkiyənin sabiq baş və xarici işlər naziri Əhməd Davudoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətini sərt şəkildə tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, Davudoğlu "The Financial Times"a müsahibəsində qeyd edib ki, əvvəllər AKP ədalət, söz və fikir azadlığı prinsiplərinə sadiq olub.

"Son üç ildə partiya tərəfindən bu üç fundamental dəyərlərə əməl olunmur. Mən bütün ömrüm boyu bu dəyərlərə hörmətlə yanaşmışam, lakin hazırda onlar tapdalanırlar", - deyə sabiq baş nazir qeyd edib.

Onun fikrincə, Konstitusiya referendumu nəticələrinə əsasən, məhdudiyyətsiz səlahiyyətlər əldə edən prezident Ərdoğan dövlətə və onun institutlarına zərər vurur.

Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-də yayılan məlumata görə, Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.

Partiya yaxın iki ayda yaradılacaq. Partiyanın siyasi istiqaməti barədə məlumat verilmir.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. Həmin müddətdə o, həmçinin Ədalət və İnkişaf Partiyasına rəhbərlik edib.

Xəbər lenti
0