16:39 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Yaponiyanın Interstellar Technologies şirkətinə məxsus MOMO-F4 adlı kommersiya məqsədli kosmik raketi

Araqdan "dəm" olan raket kosmosa kağız təyyarə buraxmaq istədi, alınmadı

© Facebook / インターステラテクノロジズ
DÜNYA
Qısa URL
64 0 0

Raketin bortunda hamburger və seçmə sortdan olan qəhvə paxlaları olub

BAKI, 28 iyul — Sputnik. Yaponiyanın "Interstellar Technologies" şirkətinə məxsus "MOMO-F4" adlı kommersiya məqsədli kosmik raketi havaya qalxdıqdan bir müddət sonra mühərrikində baş vermiş problem səbəbindən dənizə düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində bəyan edilib.

Şirkətin açıqlamasında bildirib ki, raketdə baş vermiş problem səbəbindən onun mühərriki vaxtından əvvəl sönüb.

"Bort kompüterində nasazlığın aşkar edilməsi səbəbindən mühərrik planlaşdırıldığından əvvəl avtomatik olaraq sönüb və raket təhlükəsiz bir şəkildə dənizə düşüb" - şirkət deyib.

Qeyd edək ki, raketin kosmosa buraxılması ilə bağlı maraqlı məlumatlar yayılıb. Belə ki, yayılan xəbərlərə görə, "MOMO-F4" açıq kosmosa çıxmalı və xüsusi qurğu vasitəsilə fəzaya kağız təyyarə buraxmalı imiş. Raketlə bağlı digər bir maraqlı məlumat isə odur ki, raketi uçuşa hazırlayan mütəxəssislər təcrübə məqsədilə onun yanacağına Vakayama prefekturasından gətirilmiş sake (düyüdən hazırlanmış ənənəvi yapon arağı) qatıblar. Bundan başqa, "MOMO-F4" raketinin bortunda hamburger və "Panama Geyşa" seçmə sortundan olan qəhvə paxlaları olub.

"MOMO-F4" az qabaritli raketdir. Onun uzunluğu 10 metr, diametri 50 santimetrdir.

Əsas mövzular