12:26 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
28 0 0

Tankerin Kerç boğazında Ukrayna gəmilərinin "yolunu bağladığına görə" saxlanıldığı iddia olunub

BAKI, 25 iyul — Sputnik. Ukrayna Təhlükəsizlik Xidməti Odessa vilayətində yerləşən "İzmail" limanında Rusiyaya məxsus "Neyma" tankerini saxlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, tankerin Kerç boğazında Ukrayna gəmilərinin "yolunu bağladığına görə" saxlanıldığı iddia olunub.

Tankerin limana "NIKA SPIRIT" adı altında girdiyi bildirilir.

İnsidentlə bağlı hazırda Rusiya ali hərbi rəhbərliyinin 15 vəzifəli şəxsi şübhəli bilinir. Onların sırasında bir kontr-admiral, iki vitse-admiral və bir general-polkovnik var.

Ukrayna Təhlükəsizlik Xidməti, hərbi prokurorlar və sərhədçilər gəmidə axtarış aparıblar, sənədləri, danışıqlara dair qeydləri və bort jurnallarını müsadirə ediblər. Onlar, həmçinin ekipaj üzvlərini dindiriblər.

Gəminin maddi dəlil olduğu qeyd olunub və ona həbs qoyulması üçün vəsatət hazırlandığı bildirilib.

Qeyd edək ki, keçən ilin noyabrında Ukraynaya məxsus üç hərbi gəmi Rusiya sərhədini pozub və Rusiya tərəfinin qanuni tələblərinə məhəl qoymayaraq bir neçə saat təhlükəli manevrlər edib. Nəticədə sərhəd pozucuları saxlanılıblar. Gəmilərin göyərtəsində 24 hərbçi, o cümlədən Ukrayna Təhlükəsizlik Xidmətinin iki əməkdaşı olub. Məhkəmə onları sərhədi pozmaq ittihamı ilə həbs edib. Rusiya Prezidenti Vladimir Putin rəsmi Kiyevin bu hərəkətini Ukraynada gözlənilən prezident seçkiləri ərəfəsində təxribat kimi qiymətləndirib.

Teqlər:
tanker, Ukrayna, Rusiya

Əsas mövzular