16:40 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
S-400 zenit-raket kompleksinin hissələri Türkiyəyə göndərilir, arxiv şəkli

Türk general: "S-400"lər bəhanədir, ABŞ Türkiyəni qonşusuna qurban vermək istəyir

© AP Photo / Turkish Defence Ministry
DÜNYA
Qısa URL
185 0 0

Birləşmiş Ştatlar Türkiyədən İranla əlaqələri kəsməyi tələb edəcək, Suriyada kürd dövləti yaradacaq

BAKI, 25 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general Ergin Sayqun Vaşinqton və Ankara arasında münasibətlərin son zamanlar gərginləşməsinin əsl səbəbini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Günəş" nəşrinə istinadən xəbər verir.

O bəyan edib ki, Rusiya istehsalı "S-400"lər tərəflər arasında gərginliyin artması üçün sadəcə bəhanə olub: "Birləşmiş Ştatlar Türkiyənin inkişafını və möhkəmlənməsini sadəcə istəmir və yalnız İsrailin güclənməsində maraqlıdır: "Qərb üçün önəmlisi Yaxın Şərqdə İsrailin təhlükəsizliyini və enerji resurslarına nəzarəti təmin etməkdir. İsrailə düşmən ölkələr bir-bir sıradan çıxarılır. Bu növbənin sonunda Türkiyə dayanır. Mən bunu deməyə məcburam, çünki bu, həqiqətdir. Amerika və Türkiyə münasibətlərində problem "S-400" məsələsindən miqyasca daha böyükdür. Mənim fikrimcə, "S-400" bu problemin kiçik bir hissəsidir".

General əlavə edib ki, əgər Ankara və Vaşinqton "S-400" məsələsində razılığa gəlsələr, onda Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni tələblər irəli sürəcək. Sayqunun fikrincə, Birləşmiş Ştatlar Türkiyədən İranla əlaqələri kəsməyi tələb edəcək, Suriyada kürd dövləti yaradacaq, Kipr adası yaxınlığında enerji resurslarının hasilatını qadağan edəcək: "Yəni, mənim fikrimcə, problem nə "S-400", nə də "F-35"lərdədir. Amerika Türkiyənin müstəqil xarici siyasət yürütməsindən narazıdır və Türkiyənin regional güc olmasını istəmir".

Əlaqədar

Ağ Evdə Türkiyə davası – Bunu Trampdan heç kim gözləmirdi
Teqlər:
gərginlik, ABŞ, Türkiyә, S-400

Əsas mövzular