14:25 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Ankaradan Vaşinqtonun sanksiya hədəsinə cavab: "İncirliyi..."

© Sputnik / Alexey Druzhinin
DÜNYA
Qısa URL
134 0 0

Biz yalnız öz maraqlarımız istiqamətində hərəkət edəcəyik və digər alternativləri axtaracağıq

BAKI, 22 iyul — Sputnik. Türkiyə Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınması ilə bağlı Ankaraya tətbiq olunacaq sanksiyalara cavab verə bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Əgər Birləşmiş Ştatlar sanksiya tətbiq etsə, biz lazımı cavabı verəcəyik. Ola bilsin ki, "İncirlik" aviabazası ilə bağlı addım atılsın. Bu nə təhdiddir, nə də şantaj. Bu mövcud şərtlərdə təbii mövqedir", - deyə Çavuşoğlu "TGRT" telekanalının efirində bildirib.

"Türkiyə özünün silah istehsalı sənayesinə ciddi yanaşır. Biz öz istehsalımız olan qırıcıları yaratmaq istəyirik. "F-35"lərin hazırlanmasında daha yeni texnologiyalar var, ona görə də biz proqramın tərəfdaşı olduq, 1,4 milyard dollar yatırdıq. Lakin hər şey pis ssenari ilə getsə və onları bizə verməsələr, "S-400" məsələsində olduğu kimi öz defisitimizi bağlamaq hüququmuz var. Biz yalnız öz maraqlarımız istiqamətində hərəkət edəcəyik və digər alternativləri axtaracağıq", - deyə nazir qeyd edib.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar "S-400" zenit-raket komplekslərinin tədarükünə görə Türkiyənin "F-35" qırıcılarının istehsalı ilə bağlı proqramdan çıxarılacağını bəyan edib. Ankaranın proqramdan çıxarılması prosesi 2020-ci ilin martında yekunlaşacaq.

Əsas mövzular