16:01 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
NATO-nun bayraqları mənzil qərargahın binası qarşısında

Çavuşoğludan NATO açıqlaması: "Sonsuza qədər gözləməyəcəyik"

© AP Photo / Virginia Mayo
DÜNYA
Qısa URL
29 0 0

Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir, lakin Ankara sonsuza qədər bu qurumun qapılarında gözləməyəcək

BAKI, 22 iyul — Sputnik. Türkiyə NATO üzvü olaraq qalır, o eyni zamanda onun üçün səmərəlidirsə, digər ölkələrlə də əməkdaşlıq etmək hüququna malikdir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Türkiyəni NATO-dan çıxarmaq mümkün deyil, alyansda qərarlar konsensusla verilir və əgər bir ölkə buna qarşı çıxırsa, qərar qəbul edilmir. Ona görə də "yanaşmanın dəyişməsi haqqında" söhbətlər siyasi manipulyasiyadır. Biz 50 ildən artıqdır ki, NATO üzvüyük və bu qurumun üzvü olaraq qalmağa da davam edirik. Bununla yanaşı, biz heç kimə məxsus deyilik. Türkiyə bütün dünyaya açıqdır. Onun maraqları haradadırsa, oraya da gedəcəyik və heç kəs buna mane ola bilməz", - deyə Çavuşoğlu "TGRT" telekanalının efirində bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir, lakin Ankara sonsuza qədər bu qurumun qapılarında gözləməyəcək.

Əlaqədar

Türkiyə NATO-dan çıxarılacaq? - Ağ ev təhdid edir
"S-400" gəldi, "F-35" getdi – Məsələ NATO üzvlüyünə kimi şişib

Əsas mövzular