04:11 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Uyğurlar Xotan bazarında namaz xalçasını seçirlər, arxiv şəkli

Çin indi də İslamın tarixini dəyişir – İndiyə qədər bildiklərimiz...

© AFP 2019 / Frederic J. Brown
DÜNYA
Qısa URL
355 0 0

Çində hesab edirlər ki, İslam uyğurların qədim və tək dini deyil

BAKI, 22 iyul — Sputnik. Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda uyğurlar İslam dinini könüllü şəkildə seçməyiblər. Bu proses dini zəmində baş verən müharibələrin nəticəsində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının mətbuat dəftərxanası tərəfindən dərc olunan Ağ kitabda bildirib.

"Sintszyan-Uyğur Muxtar Rayonuna İslamın nüfuz etməsi Ərəb xilafətinin çiçəklənməsi və İslamın Qərbdən Şərqə yayılması ilə bağlıdır. Uyğurların İslam dininə keçməsi xalqın könüllü seçimi yox, dini zəmində müharibələrin nəticələri və hakim təbəqənin məcburi qərarları nəticəsində baş verib", - deyə sənəddə bildirib.

Qeyd olunur ki, bu məcburiyyət uyğurların İslam qaydalarına əməl etməyə dair hüquqlarını pozmur, lakin bu, tarixi fakt olaraq qalır.

"İslam uyğurların qədim və tək dini deyil", - deyə Ağ kitabda bildirilir.

Xatırladaq ki, 2018-ci ildə BMT-nin irqi diskriminasiyanın məhvedilməsi komitəsinin ekspertlərinin dərc etdiyi hesabatda Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 1 milyona çatıb. Çin Xarici İşlər Nazirliyi isə bəyan edib ki, uyğurların siyasi-ideoloji düşərgələrdə saxlanılması barədə xəbərlər həqiqəti əks etdirmir.

Çində 56 etnik qrupdan 10-nu müsəlmanlar təşkil edir. Hui (çinli müsəlmanlar), qırğız, qazax, uyğur, tacik, tatar, özbək, salar, Baoan və Dongşiang etnik azlıqları Çinin qərb və cənub-qərbində yaşayırlar.

Qeyd edək ki, ilin əvvəlində Çin dövlətinin nəzarətində olan Çin İslam Cəmiyyəti (ÇİC) "Çin İslamı" ideyasını irəli sürdüyü toplantıda, ölkənin müsəlman toplumuna "sosialist dəyərlərin" tədris olunacağını bildirib.

Cəmiyyətin yaydığı məlumata görə, paytaxt Pekində baş tutan toplantıya Şanxay, Hunan, Guangdong, Yünnan əyalətlərində müsəlman icmalarından olan təmsilçilər qatılıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
© Mark Schiefelbein/Pool via REUTERS
 "Ölkəmizdə İslamın çinləşməsi üçün 2018-2022-ci illəri əhatə edən 5 illik İş Planı" adlı seminarda müsəlman icmalarına Çin Kommunist Partiyasının (ÇKP) İslam üzərində çalışmalarını daha da sıxlaşdırması, İslamın çinləşməsinə sadiq qalmaları, Çin İslamını və Çin tipli sosializmi təşviq etmək çağırışları edilib.

Çin İslam Cəmiyyətinin sədri toplantıda sosialist dəyərlər üzərinə dərslər və tədrisin verilməsi üçün lazımi tədbirlərin görülməsini və ənənəvi Çin mədəniyyətinin məscidlərdəki ayinlərə daxil edilməsini istəyib.

Digər tərəfdən, mərkəzi Pekində olan Çin İslam İnstitutunun dekan müavini Gao Canfu da "Global Times"a verdiyi açıqlamasında "İslamiyyətin çinliləşdirilməsi" dövründə İslamda heç bir dəyişikliyin olmayacağını bildirib. Lakin Gaonun açıqlamasında "İslamdakı inanc, davranış və ideologiyada dəyişiklik edilməmək şərtilə sosial dəyərlərə uyğun hala gətirilməlidir" ifadəsi bir sıra suallar yaradıb.

Gao vurğulayıb ki, "sosial dəyərlərə uyğun" dərc olunacaq kitablar bu il məscidlərdə oxunacaq.

Teqlər:
islam, din, Çin

Əsas mövzular