00:22 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
269 0 0

"Biz nə Hörmüz boğazında, nə də başqa bir yerdə dron itirməmişik"

BAKI, 19 iyul — Sputnik. ABŞ səhvən öz dronunu vurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçı bəyan edib.

Qeyd edək ki, dünən axşam saatlarında ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İrana məxsus pilotsuz uçan aparatın vurulduğunu deyib. Onun sözlərinə görə, dron xəbərdarlıq siqnallarına cavab verməyib və Amerikaya məxsus gəmi tərəfindən vurulub.

Tehran isə bu iddiaları rədd edərək, hər hansı bir dron itkisinə dair məlumatın olmadığını vurğulayıb.

​"Biz nə Hörmüz boğazında, nə də başqa bir yerdə dron itirməmişik. Narahatam ki, "USS Boxer" səhvən (Amerikanın – red.) öz pilotsuz uçan sistemini vurub!" - Əraqçı "Twitter" səhifəsində yazıb.

İran silahlı qüvvələri də ABŞ prezidentinin iddialarını təkzib edərək bütün dronlarının bazaya qayıtdığını bildirib.

Trampın dron bəyanatı iyundan etibarən İranla ABŞ arasında Fars körfəzində müşahidə edilən gərginliyin davamı kimi qiymətləndirilə bilər.

Belə ki, iyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib. Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib.

Tehran dronun İranın hava məkanını pozduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

Dron insidentindən bir həftə əvvəl isə Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri bəlli olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb. İran qəti şəkildə bu ittihamları təkzib edir.

Teqlər:
gərginlik, ABŞ, dron, İran

Əsas mövzular