14:42 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Kontingent hazırda bazanın hava limanını təkmilləşdirir

BAKI, 18 iyul — Sputnik. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına 500 hərbçi göndərməyi planlaşdırır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "CNN" telekanalı Pentaqon nümayəndələrinə istinadən xəbər verir.

Məlumata əsasən, hərbçilər şahzadə Sultan aviabazasında yerləşdiriləcək.

Qeyd olunur ki, ABŞ hərbçilərindən ibarət kiçik kontingent və texniki personal artıq bazadadır. Onlar bazanı "Patriot" zenit-raket kompleksinin gəlişinə hazırlayırlar. Bundan əlavə, kontingent bazanın hava limanını təkmilləşdirir.

Hələlik ABŞ Konqresi Səudiyyə Ərəbistanına hərbçilərin yerləşdirilməsinə dair məlumatlandırılmayıb. Nəşrin mənbəsinin sözlərinə görə, müvafiq bəyanat yaxın vaxtlarda yayılacaq.

Əsas mövzular