Rusiya “Moskit”lərini göstərdi – VİDEO

© Sputnik / Press Office of the Ministry of Defense of the RF / Mediabanka keçidПуск крылатой ракеты "Москит" кораблем ТОФ
Пуск крылатой ракеты Москит кораблем ТОФ - Sputnik Azərbaycan
Abunə olmaq
Raketlərin 60 kilometr məsafədə yerləşən hədəfləri vurduğu bildirilir

BAKI, 18 iyul — Sputnik. Rusiyanın Sakit okean donanması Yapon dənizində təlimlər keçirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, təlimlərdə "Moskit" qanadlı raketlərdən istifadə edilib.

Госсекретарь США Майк Помпео на пресс-конференции - Sputnik Azərbaycan
Pompeodan "S-400" açıqlaması: “Türkiyə “cəzalandırılacaq”

Rusiya Müdafiə nazirliyi raketlərin buraxılmasının görüntülərini yayımlayıb.

Təlimlərdə "Bıstrıy" eskadra mina gəmisi və "R-24" raket kateri iştirak edib. Raketlərin 60 kilometr məsafədə yerləşən hədəfləri vurduğu bildirilir.

"P-270 Moskit" gəmi əleyhinə supersonik (səsdən sürətli) qanadlı raketdir. Raketin layihəsinin hazırlanması 1973-cü ildə başlayıb, beş ildən sonra isə onun sınaqları keçirilib. Raket 1984-cü ildə silahlanmaya qəbul edilib.

Raket hazırda Çin, İran, Hindistan və Vyetnam orduları tərəfindən də istifadə olunur.

Xəbər lenti
0