Pentaqonun ölümsaçan silahı laboratoriyadan qaçıb – Hər kəs təlaş içindədir

© Sputnik / Igor Zarembo / Mediabanka keçidGənələr
Gənələr  - Sputnik Azərbaycan
Abunə olmaq
Güman edilir ki, son dövrlərdə Borrelioz (Laym) xəstəliyinin geniş yayılması məhz Pentaqonun həşəratlar üzərində apardığı təcrübələrlə əlaqəlidir

BAKI, 17 iyul — Sputnik. Pentaqon gənələrdən "bioloji silah" yaratmaq istəyib. Sputnik Azərbaycan Amerika mediasına istinadən xəbər verir ki, belə bir iddianı Konqresin Nümayəndələr Palatası irəli sürüb.

İttihama əsasən, ABŞ müdafiə nazirliyi 1950-1975-ci illərdə gənə və digər həşəratlar üzərində təcrübələr apararaq onları bioloji silaha çevirməyə çalışıb. Lakin naməlum səbəbdən həşəratlar sonradan təbiətə buraxılıb.

Güman edilir ki, son dövrlərdə Borrelioz (Laym) xəstəliyinin geniş yayılması məhz Pentaqonun həşəratlar üzərində apardığı təcrübələrlə əlaqəlidir.

Nümayəndələr Palatası artıq təhqiqat aparmağı tələb edib. Belə ki, respublikaçı konqresmen Kris Smitin məsələ ilə bağlı təklif etdiyi düzəlişlər 2020-ci ilin müdafiə büdcəsinə dair qanun layihəsinə əlavə edilib.

F-35A Lighting пролетает через Каньон Звездных войн на переходе джедаев в Национальном парке Долины Смерти, Калифорния - Sputnik Azərbaycan
Hollivud filmi gerçəkləşir: Pentaqon süni intellektlə dünyaya meydan oxuyur

Düzəlişlərə əsasən aparılacaq təhqiqat çərçivəsində Pentaqon bu məsələ ilə bağlı suallara cavab verməli olacaq.

"Roll Call" nəşrinin verdiyi məlumata əsasən, amerikalı hərbçilərin həqiqətən də bu cür eksperimentlər apardığı üzə çıxsa Pentaqon bununla bağlı Nümayəndələr Palatasının və Senatın silahı qüvvələr komitələrinə hesabat verməli olacaq. Müdafiə nazirliyi, həmçinin bu təcrübələrə məruz qalmış gənə və həşəratların təsadüfən və ya qəsdən təbiətə buraxıldığı iddialarına cavab verməlidir.

Qeyd edək ki, Borrelioz adı ilə də tanınan Laym xəstəliyini “Borrilia” adlı bakteriyalar törədir. Bu bakteriyaların əsas daşıyıcısı gənələrdir. 

Borreliozun ABŞ ərazisində əsas törədicisi “Borrelia burgdorferi” bakteriyasıdır. Avropa və Asiyada isə bu xəstəliyə əsasən “Borrelia miyamotoi”, “Borrelia afzeli”, “Borrelia garinii”, “Borrelia bavariensis” və “Borrelia spielmanii” bakteriyaları səbəb olur.

Borreliozun vaxtında və düzgün müalicə olunmaması xəstələnmiş şəxsin əlilliyi və hətta ölümü ilə nəticələnə bilər.

Xəbər lenti
0