Türkiyədən Avropa İttifaqına sərt xəbərdarlıq – Geri çəkilməyəcəyik

© AP Photo / Lefteris PitarakisAvropa İttifaqı və Türkiyə bayraqları, arxiv şəkli
Avropa İttifaqı və Türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər

 

BAKI, 16 iyul — Sputnik. "Ankara Aralıq dənizində karbohidrogenlərin hasilatını davam etdirəcək". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Госсекретарь США Майк Помпео на пресс-конференции - Sputnik Azərbaycan
Pompeodan "S-400" açıqlaması: “Türkiyə “cəzalandırılacaq”

"Avropa İttifaqının ən yüksək səviyyədə dialoqu dayandırmaq barədə qərarına baxmayaraq rəsmi Ankara Aralıq dənizində karbohidrogenlərin hasilatını davam etdirəcək. Türkiyə bundan sonra da öz hüquqlarını və Kipr türklərinin hüquqlarını qorumağa davam edəcək, həmçinin bu aspektdə öz fəaliyyətini aktivləşdirəcək", - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, hazırda Kiprə məxsus xüsusi iqtisadi zonada Türkiyəyə məxsus iki qazma gəmisi - "Fatih" və "Yavuz" var. Yunanıstan və Kipr bunu təxribat adlandırıb. Türkiyə tərəfi hesab edir ki, regiondakı təbii sərvətlərdə haqqı var.

Xatırladaq ki, ötən gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar qəbul edib.

Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib.

Российский транспортный самолет с частями российского зенитно-ракетного комплекса С-400 на авиабазе Мюртед в районе Анкары, Турция - Sputnik Azərbaycan
Qərar artıq verilib, ABŞ sabahdan Türkiyəni çökdürəcək
 Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.

Nazirlər eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.

"Focus" nəşri yazır ki, Türkiyə tərəfi öz mövqeyini dəyişməsə, Avropa İttifaqı geoloji kəşfiyyat işlərində iştirak edən şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər qəbul edə bilər.

Xəbər lenti
0