Türk ordusu İraqda əməliyyat keçirdi, ölənlər var

© AATürkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri - Sputnik Azərbaycan
Abunə olmaq
PKK-nın istifadə etdiyi silah-sursat, sığınacaq və mağaralar məhv edilib

BAKI, 15 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, "Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə aparılan əməliyyat İraqın şimalında Metina bölgəsində keçirilib.

Aviazərbələr nəticəsində 8 terrorçu və PKK-nın istifadə etdiyi silah-sursat, sığınacaq və mağaralar məhv edilib.

Xatırladaq ki, ötən həftə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Türkiyəyə məxsus hərbi təyyarələr İraqın şimalına – Zap və Qara bölgələrinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində 19 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0