05:30 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
20 0 0

İraqın Hakurk bölgəsində terror təşkilatları tərəfindən istifadə olunan mağara və sığınacaqların məhv edilməsi davam etdirilir

BAKI, 13 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələri "Pəncə-2" planı çərçivəsində İraqın şimalında yeni əməliyyata başlayıb.

Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə ordusu terrorçu sığınacaqlarının yerləşdiyi yeni əraziləri aşkar edib.

Əməliyyat yerli vaxtla saat 22:00-da başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, əməliyyat atəş dəstək vasitələri, "ATAK" vertolyotları və dronların yardımı ilə plana uyğun olaraq həyata keçirilir.

Nazirlik açıqlamasında bildirib ki, əməliyyat çərçivəsində İraqın Hakurk bölgəsində terror təşkilatları tərəfindən istifadə olunan mağara və sığınacaqların məhv edilməsi və terrorçuların zərərsizləşdirilməsi davam etdirilir.

Teqlər:
hərbi əməliyyat, terrorizm, İraq, Türkiyә

Əsas mövzular