17:16 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Britaniya donanmasının HMS Duncan hərbi gəmisi Hörmüz boğazına tələsir

Hörmüz boğazında gərginlik artır, Britaniya daha bir hərbi gəmisini regiona göndərir

© AP Photo / Ben Sutton
DÜNYA
Qısa URL
219 0 0

Böyük Britaniyanın Müdafiə Nazirliyi məsələni şərh etmir

BAKI, 12 iyul — Sputnik. Böyük Britaniya hökuməti Hörmüz boğazına ikinci gəmini göndərməyə dair qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan "Sky News"-a istinadən xəbər verir.

Qərara əsasən, "HMS Duncan" tipli hərbi gəmi Körfəzə yaxın günlərdə Qara Dənizdə NATO təlimlərində iştirakını bitirdikdən sonra yan alacaq.

Hələlik Böyük Britaniyanın Müdafiə Nazirliyi məsələni şərh etmir.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Hörmüz boğazında "Montrose" gəmisindən sonra ikinci gəmisi olacaq.

Xatırladaq ki, ötən həftə İrana aid bir neft tankerinin Böyük Britaniyanın nəzarətində olan Cəbəlüttariq sahillərində saxlanılmasından sonra London və Tehran arasında gərginlik artıb.

Daha sonra Böyük Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında İrana aid gəmilərin bir Britaniya gəmisini saxlamağa çalışdığını bildirmişdi. İran tərəfi bu məlumatı təkzib etsə də, Cəbəlüttariq sahillərində saxlanılan tankerin geri verilməyəcəyi təqdirdə Hörmüz boğazının Britaniya gəmiləri üçün təhlükəsiz olmayacağına dair açıqlamalar yaymışdı.

Əsas mövzular