23:04 15 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
Ukrayna Prezidenti Vladimir Zelenski

Zelenski öz sələfinə qarşı daha bir hücuma keçdi

© Ludovic Marin/Pool via REUTERS
DÜNYA
Qısa URL
74 0 0

Qanun layihəsində lüstrasiya altına düşən rəsmilərin siyahısı genişləndirilib

BAKI, 12 iyul — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş Prezident Petro Poroşenko və onun komanda üzvlərinin lüstrasiyasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, sözügedən qanun layihəsi parlamentin saytında dərc olunub.

Pyotr Poroşenko
© Mikhail Palinchak/Ukrainian Presidential Press Service/Handout via REUTERS

Lüstrasiya hökumət rəsmilərinin hansısa rejim dəyişikliyindən sonrakı "təmizləmə" aktını və dövlət rəsmilərinin toplu olaraq işdən çıxarılmasını ifadə edir.

Qanun layihəsində lüstrasiyaya düşən rəsmilərin siyahısı verilib. Belə ki, lüstrasiyaya prezident, Radanın bütün deputatları və spikeri, hökumət üzvləri, Təhlükəsizlik Xidmətinin, Antimonopoliya Komitəsinin və Dövlət Əmlak Fondunun sədrləri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, gömrük və vergi xidmətlərinin, eləcə də müdafiə sənayesi müəssisələrinin rəhbərliyi məruz qalacaq.

Xatırladaq ki, bir müddət öncə Zelenski Ali Radadan ölkənin Baş Prokuroru Yuri Lutsenkonun və XİN başçısı Pavlo Klimkinin vəzifədən azad edilməsinə razılıq istəyib.

Əsas mövzular